
"Dnepr”lə oyun çox çətin olacaq. Rəqib Ukraynanın ən yaxşı klublarından biridir". Bunu sözləri Sportnet.az-a açıqlamasında "Qarabağ”ın qapıçısı İbrahim Şehiç deyib.
Bosniya və herseqovinalı qolkiper Avropa Liqasının qrup məhələsində "Dnepr"lə Bakıda keçirəcəkləri qarşılaşmada kollektiv oyun sərgiləmələrinin vacibliyini bildirib: "Ukrayna çempionatının turnir cədvəlinə baxsaq, görərik ki, onlar hazırda liderdilər. Kiyevdə biz qalib gəldik. Amma bu nəticə ikinci oyunda qalib gələcəyimizə təminat vermir. Komanda şəklində oynasaq, onları yenə məğlub edə bilərik".
Qeyd edək ki, "Qarabağ" - "Dnepr" matçı noyabrın 6-da saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.













































































