1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Miron Markeviç: "Bu halda hansı futboldan söhbət gedə bilər?"
"90 dəqiqə gərgin mübarizə gördük. Bilirdik ki, "Qarabağ”ın oyunu Reynaldo üzərində qurulub. Biz də çalışaraq, onu oyundan çıxardıq”. Sportnet.az-ın məlumatına görə, bunu Ukrayna "Dnepr”inin baş məşqçisi Miron Markeviç "Qarabağ”la Avropa Liqası matçından sonra deyib.
O bildirib ki, 2:1 hesabı ilə qalib gəldikləri oyunda tribunaların dolu olması da "Dnepr”i qələbəyə ruhlandırıb: "İstənilən komanda dolu stadion görəndə tam fərqli emosiyalar keçirir. Dnepropetrovskda avrokubok oyununa çıxmağa, təəssüf ki, icazə vermirlər. Hətta Lvovda da icazə verilmir. Kiyevdəki "Olimpiyski” stadionundakı oyun isə futbol deyil, yoldaşlıq görüşü idi. "Qarabağ” Bakıda oynadı, 30 min azarkeş gəldi. Amma biz Kiyevdə oynadıq, azərbaycanlıların sayı daha çox oldu. Bu halda hansı futboldan söhbət gedə bilər? Rəhbərlikdən xahiş edəcəyik ki, "Sent-Etyen”lə ev oyunumuz Lvovda keçirilsin”.
Markeviç həm "Qarabağ”, həm də "Dnepr”in qələbələrinin təsadüfi olmadığını da əlavə edib: "Kiyevdə də oyunla, bu gün də oyunla udduq. 2 qoldan əlavə bir neçə imkanımız vardı. Ona görə də təsadüfilik yoxdur. "Qarabağ”ın ilk növbədə təcrübəsi çatmadı. Amma belə davam etsə, uğurlar özünü gözlətdirməyəcək. Bizə isə bu qələbə özümüzə əminlik verəcək”.