
Almaniya 2024-cü il Yay Olimpiya Oyunlarının təşkilatçılıq hüququna yiyələnmək üçün rəsmən namizədliyini verəcək. Sportnet.az-ın məlumatına görə, bu qərar Almaniya Olimpiya İdman İttifaqının (DOSB) yığıncağında qəbul olunub.
Oyunları keçirməyə Berlin və Hamburq namizəddir. DOSB bu şəhərlər arasından seçimi 21 mart 2015-ci ildə edəəcək.
Qeyd edək ki, sonuncu dəfə Almaniyada Yay Olimpiya Oyunları 1972-ci ildə Münhen şəhərində təşkil olunub. 2024-cü il olimpiadasına Bakının da namizəd olacağı gözlənilir.