
Futbol üzrə İtaliya A seriyasında 14-cü tura "İnter" - "Udineze" matçı ilə yekun vurulub. Sportnet.az-ın məlumatına görə, görüş qonaqların 2:1 hesablı qələbəsi ilə nəticələnib.
Hesabı 44-cü dəqiqədə meydan sahiblərindən Mauro İkardi açıb. 60-cı dəqiqədə Brunu Fernandeş, 71-ci dəqiqədə isə Siril Tero fərqlənərək, "Udineze"yə əzmkar qələbə qazandırıblar. Bununla da "İnter" A seriyasında növbəti zərbə alıb. Hazırda baş məşqçi Roberto Mançininin komandası 17 xalla 12-ci pillədə qərarlaşıb. "Udineze" isə 21 xalla 8-ci pilləyə qalxıb.
Qeyd edək ki, "İnter" növbəti oyununu dekabrın 11-də Avropa Liqasının qrup mərhələsinin son turu çərçivəsində Bakıda "Qarabağ"a qarşı keçirəcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşma saat 21:00-da başlanacaq.