
Ukraynanın paytaxtı Kiyevdə "Dnepr"lə Fransa "Sent-Etyen"i arasındakı görüş öncəsi azarkeşlər arasında dava düşüb. Sportnet.az-ın məlumatına görə, yerli fanatlarla qonaqların toqquşması nəticəsində 4 nəfər xəsarət alıb. 
Onlar xəstəxanaya çatdırılıblar. Ukraynalı 2 azarkeş saxlanılıb. 
Qeyd edək ki, oyundan 1:0 hesablı qələbə ilə ayrılan "Dnepr" 1/16 finala yüksəlib.









                 





    
    
    
    
    
    
    
    
    


























































