UEFA Hakimlər Komitəsi İtaliya "İnter"i ilə Avropa Liqasının VI tur matçında "Qarabağ"ın təmiz qolunu saymayan çexiyalı referi Miroslav Zelinkanı elit qrupa buraxmayıb. Sportnet.az-ın məlumatına görə, 33 yaşlı referi yenə I qrupda saxlanılıb.
O, ən yüksək səviyyəli hakimlərin yer aldığı 22 nəfərlik siyahıdan kənarda qalıb. 2014-2015-ci il mövsümünün qış dövrü üçün təsdiqlənən siyahıya 2 referi yüksəlib. Bunlar almaniyalı Dəniz Aytəkin və ispaniyalı Mateu Laosdur.
Zelinkanın yayadək I qrupu da tərk edəcəyi gözlənilir. Bu, çexiyalı referiyə uzun müddət təyinat verilmədikdən sonra gerçəkləşəcək.
Qeyd edək ki, 0:0 hesabı ilə nəticələnən matçın 90+4-cü dəqiqəsində Miroslav Zelinka "Qarabağ"ın futbolçusu Riçard Almeydanın "İnter"in qapısına vurduğu təmiz qolu saymayıb. Çexiyalı referi köməkçilərinin xəbərdarlığından sonra ofsayd qeydə alıb.