Rusiyanın "Mordoviya” komandasının baş məşqçisi Yuri Syomin Şaxta Baba olacağı təqdirdə Rusiya Futbol Federasiyanın prezidenti Nikolay Tolstıxa və Rusiya yığmasına rəhbərlik edən Fabio Kapelloya hədiyyə vermək istədiyini bildirib. Sportnet.az xəbər verir ki, təcrübəli mütəxəssis Yeni il öncəsi maraqlı açıqlama verib.
O, bunları deyib: "Şaxta baba olsaydım Nikolay Tolstıxa kisəmdə Tolstıxa çox pul verərdim ki, o Kapelloya olan borcları ödəsin".
Yeni İllə bağlı sağlığa gəldikdə, Syominin fikirləri belə olub: "İstərdim ki, insanlar qədəhləri futbolun gələcəyinin sağlığına qaldırsınlar. Yeni İl azarkeşlərə daha çox sevinc bəxş etsin. Çünki azarkeşlər stadiona sevinmək üçün gəlirlər”.
Qeyd edək ki, Yuri Syomin ötən mövsüm "Qəbələ"nin baş məşqçisi olub.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |