"Bakı"nın kapitanı "Qəbələ" ilə Topaz Premyer Liqasının XIX tur qarşılaşması zamanı klubuna qarşı hörmətsizlik edib. Sportnet.az-ın məlumatına görə, braziliyalı hücumçu 74-cü dəqiqədə əvəzlənərkən kapitan sarğısını qolundan çıxararaq yerə atıb.
Sarğını yerdən onun komanda yoldaşı Kamil Nurəhmədov götürüb və Nuran Qurbanova verib.
Matçın ardından "Bakı"nın baş məşqçisi İbrahim Uzunca keçirdiyi mətbuat konfransında Jabanın tutduğu hərəkətə görə üzr istədiyini bildirib: "Jaba oyundan çıxan zaman etiraz etdi. Ancaq sonra gəlib üzr istədi. Biz ona başa saldıq ki, belə hallar olmamalıdır”.
Qeyd edək ki, matç "Qəbələ"nin qələbəsi ilə yekunlaşıb - 2:0.