
"Bakı" klubu Azərbaycan Premyer Liqasında XIX turun "Qəbələ” ilə matçdan sonra baş vermiş xoşagəlməz hadisə ilə bağlı bəyanat verib. Sportnet.az-ın məlumatına görə, bəyanatda qonaqların futbolçusu Cavid Hüseynovla "Bakı” azarkeşləri arasındakı mübahisəyə münasibət bildirilib.
Paytaxt klubu bəyan edib ki, azarkeşlərlə futbolçular arasında münasibətlərin bu həddə çatması yolverilməzdir: "Gələcəkdə hər iki tərəfi daha təmkinli olmağa dəvət edirik. Hər birimizin bir məqsədi olmalıdır – Azərbaycan futbolunun inkişafı yolunda sıx birləşib əlimizdən gələn heç bir işi əsirgəməmək".








































































