Türkiyə Güləş Federasiyasının (TGF) prezidenti Hamza Yerlikaya istefa verib. Sportnet.az-ın məlumatına görə, buna Yerlikayanın iyunun 7-də Türkiyə Böyük Millət Məclisinə keçiriləcək seçkilərə qatılmaq istəyi səbəb olub.
O, hakim Ədalət və İnkişaf Partiyasından namizəd olacağını bildirib.
Qeyd edək ki, Hamza Yerlikaya 2002-ci ildə TGF prezidenti seçilib. 1993-cü ildə Beynəlxalq Güləş Federasiyaları Assosiasiyası (indiki adı Dünya Güləş Birliyi) tərəfindən "Əsrin güləşçisi" adına layiq görülmüş Yerlikaya 2 qat olimpiya, 3 qat dünya və 8 qat Avropa çempionudur.