
Qarşılaşmanı AFFA Məşqçilər Komitəsinin üzvləri Şahin Diniyev və Ağasəlim Mircavadov da izləyib. İlk yarının ortalarında əsas millimizin baş məşqçisi Robert Prosineçkinin köməkçisi Yanko Yankoviç də stadiona gəlib.
"Atırau" matça əsas heyət üzvləri ilə çıxmayıb. Baş məşqçi Vladimir Nikitenko ötən gün Rusiya "Rostov"u ilə qarşılaşmada meydana buraxdığı futbolçulara istirahət verib. Əvəzində gənclər və "Rostov"la görüşdə oynamayanlar meydana çıxıb.
Matçın Bakı vaxtı ilə saat 19:30-da başlaması nəzərdə tutulsa da, ləngimə baş verib. Buna oyunu idarə etməli olan türkiyəli hakimlər briqadasının qarşılaşmaya gecikmələri səbəb olub.
19:30. AZƏRBAYCAN U21 - "Atırau" (Qazaxıstan) - 2:1
Qol: Taşkın İlter, 31. Azər Salahlı, 90 - Aybar Nurbekov, 53
Hakimlər: Emre Dağ, Ahmet Büyükeyvaz, Sebahettin Tosun (hamısı Türkiyə)
Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 15. Cəmil Hacıyev, 6. Vüqar Mustafayev, 17. Tellur Mütəllimov, 20. Azər Salahlı, 2. Rahil Məmmədov, 3. Azad Kərimov, 7. Taşkın İlter, 13. Bilal Sezer, 16. Elnur Cəfərov, 9. Orxan Əliyev
Ehtiyat oyunçular: 19. Fuad Bayramov, Rəşad Əzizli, 5. Elvin Bədəlov, 18. Vadim Abdulllayev, 23. Deniz Topçu, 14. Volkan Kesim