
Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki 21 yaşadək futbolçulardan ibarət yığmamızın qanalı həmyaşıdlarına 1:2 hesabı ilə uduzduğu yoldaşlıq görüşünü canlı izləyib. Sportnet.az-ın məlumatına görə, xorvatiyalı mütəxəssis qarşılaşmanın ardından jurnalistlərin suallarını cavablandırıb...
- Əvvəlcə qarşılaşma haqda fikirlərinizi öyrənək...
-Maraqlı, dinamik oyun oldu. Komandamız çox hərəkəti idi və istək hiss olunurdu. Futblçular çox çalışırdı. Qana da zəif rəqib deyil. Hər iki komanda tp uğrunda sna qədər mübarizə aparırdı. Millimizin heyətində yeni oyunçu çoxdur. Toplanışda cəmi dörd gün olublar. Komandanın yaxşı potenisalı var.
- Əvvəlki müsahibənizdə bildirmişdiz ki, hər toplanışda aşağı yaş qrupları üzrə komandalardan bir futbolçunu əsas milliyə dəvət edəcəksiz. Bu komandada elə bir futbolçu varmı növbəti toplanışa dəvət edəsiniz?
-Sözsüz ki, gələcəkdə U-21-in bir neçə oyunçusuni əsas komandaya dəvət edəcəyik. Coşqun Diniyev, Elvin Camalov bu gün U-21-də çıxış etdi. Bu gün Taşkın İltərin də oyununu gördüm. Onun haqqında eşitmişdim. Gələcəkdə biz onu da əsas komandada görəcəyik.
- Nurlan Novruzovun sizin oyun sisteminizə uyğun gəlmədiyini bildirdiz. Bu, futbol ictimaiyyətində birmənalı qarşılanmadı. Oyun sistemi deyəndə nəyi nəzərdə tutursuz?
-Nurlan yaxşı futbolçudur. Ancaq mən sırf oyun sistemimə uyğun olan futbolçuları milliyyə dəvət etmişəm.
- Yəni sizə taran hücumçu lazımdır?
- Mən elə hücumçu axtarıram ki, lazım olanda ön xətdə top saxlasın, boş mövqeyə çıxsın, top saxlaya bilsin. Dünən "Şaxtyor”la oyunda Məhəmməd Qurbanov ilk dəqiqələrdə çətinlik çəkirdi, amma sonra oyununu tapdı və məhsuldar ötürmə verdi. Ondan razı qaldım.
- Əsas millidə 4-1-4-1 sistemini tədbiq etdiz. Aşağı yaş qruplarının baş məşqçiləri ilə söhbətinizdə bildirmisiz ki, onlar da bu sistemdən istifadə etsin?
- Onda gərək klubların baş məşqçiləri ilə də danışım ki, onlar da bu sistemlə oynasınlar. Ancaq dünən güclü rəqibə qarşı oyunda bu sistem özünü doğrultdu. Yəni klubda bir, milli komandada digər sistemlə oynamaq problem yaratmır. Müdafiədə 4-1-4-1 oynayırıq, hücuma keçəndə isə 4-3-3 sisteminə keçirik. Məncə dünən bu sistemlə komanda yaxşı oynadı.