Türkiyə I Liqasında XXIII turun son oyunu keçirilib. Sportnet.az-ın məlumatına görə, Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayevin start heyətdə meydana çıxdığı qarşılaşmada "Kayserispor" səfərdə "Bucaspor"u darmadağın edib - 3:0.
İlk yarı qolsuz tamamlanıb. Hər 3 qol fasilədən sonra vurulub. 48-ci dəqiqədə Mert Nobre hesabı açıb. Ömər Bayram isə 78 və 80-ci dəqiqələrdə etdiyi "dubl"la yekun nəticəni müəyyənləşdirib. Bu qələbə sayəsində xallarını 47-yə çatdıraraq, vahid liderə çevrilib. "Bucaspor" isə 21 xalla 16-cı pillədə qalıb.
Qeyd edək ki, Kamran Ağayev oyunu sonadək keçirib. Bu, Ağayevin "Kayserispor"la Türkiyə I Liqasında ilk oyunu olub.