1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Nazirlikdən idmançının ölümünə REAKSİYA
Gənclər və İdman Nazirliyi qaydasız döyüş üzrə Azərbaycan çempionatı vaxtı baş vermiş ölüm hadisəsinə münasibət bildirib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova Sportnet.az-a açıqlamasında belə bir halın qeydə alındığını təəssüflə təsdiqləyib.
S.Məmmədovanın sözlərinə görə, Quba şəhər sakini 1987-ci il təvəllüdlü Zeynalov Ramin Əliabbas oğlu, verilən məlumata əsasən, sağlam olub. Nazirlik rəsmisi hələlik hadisə ilə bağlı qəti fikrə gəlməyin tez olduğunu əlavə edib: "İdmançı rinqə çıxarkən, sağlam olub. Onun ölüm səbəbi ilə bağlı hələ qəti bir şey demək olmaz. Bu, ekspertizadan sonra bilinəcək".
İdmanda belə hallar olduğunu xatırladan S.Məmmədova bildirib ki, nəinki döyüş növləri, hətta futbol matçları zamanı ölüm faktlarına rast gəlinib.
Qeyd edək ki, bu gün Hövsan Olimpiya Kompleksində ölüm hadisəsi qeydə alınıb. Suraxanı rayonu 30-cu polis bölməsindən "anspress"ə verilən məlumata görə, saat 16 radələrində Mərkəzdə keçirilən qaydasız döyüş zamanı idmançı dünyasını dəyişib.