1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Bəxtiyar Abbasovla bağlı növbəti sərt tədbir
Beynəlxalq Sambo Federasiyasının (FİAS) prezidenti Vasili Şestakov Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğluna məktub ünvanlayıb. Sportnet.az-ın FİAS-ın rəsmi saytına istinadən məlumatına görə, məktubda Azərbaycan samboçusu Bəxtiyar Abbasovun Moskvada keçirilmiş Dünya Kubokunda 70 kq çəki dərəcəsi üzrə mükafatlandırma mərasimi zamanı Ermənistan himnini oturaraq dinləməsindən narahatlıq ifadə olunub.
Bülbüloğludan xahiş olunub ki, belə insidentlərin qarşısının alınması üçün tədbir görsün.
Bundan başqa hazırda məsələyə FİAS-ın nizam-intizam və etika komissiyalarında baxılır. Komissiyaların qərarlarından sonra Abbasova qarşı ölçü götürüləcək. Şestakov yaranmış situasiyanı belə şərh edib: "Bu cür davranış yolverilməzdir. Məsələ təkcə etika və qarşılıqlı hörmətdə deyil. Belə hərəkətlər idman hərəkatının əsas ideyası - insanların idman vasitəsilə birləşdirilməsi və humanist dəyərlərin genişlənməsinin qarşısını alır. Bəxtiyar Abbasovun hərəkətinə FİAS İcraiyyə Komitəsinin növbəti iclasına baxılacaq. Biz belə insidentlərə gələcəkdə yol verilməməsi üçün adekvat tədbirlər görəcəyik".
Qeyd edək ki, Bəxtiyar Abbasovun bürünc medaldan və idmançı karyerasından 3 ilədək məhrum ediləcəyi gözlənilir.