
AZAL-ın yarımmüdafiəçisi Rəşad Abdullayevin Sportnet.az-a müsahibəsi
- "Qəbələ"yə böyük hesabla məğlub oldunuz...
- Ümumiyyətlə uduzmağımızı gözləmirdim, qaldı ki, böyük hesablı məğlubiyyət olsun. Bu çox pis oldu. Meydanda yox idim, ancaq oyunu tribunadan izləyirdim.
- Məğlubiyyətdə özünü məsuliyyətdi sayırsan? Yəni cəzalı idin və oyuna çıxmadın..
- Əlbəttə ki, özüm də pis oldum. Az da olsa, komandaya kmək edə bilərdim. Demək olmaz ki, mən meydanda olsam, nəticə başqa olardı. Ancaq meydanda köməklik edə, komandaya dəstək ola bilərdim.
- Komandanın qarşıdakı məqsədi nə olacaq? Artıq avrokubok şansları da yoxdur...
- "Qəbələ"Ni məğlub etsəydik, yuxarı pillələrə yaxınlaşardıq. 4-cü yer uğrunda mübarizə apara bilərik, hələ qarşıda oyunlar var. Çalışacağıq ki, yaxşı oynayaq. Ən əsası "Qəbələ" məğlubiyyətini unudub, növbəti oyunlara köklənməliyik. "Qarabağ"la bizi çətin oyun gözləyir.
- Stadionda polis əməkdaşları ilə mübahisəniz də oldu...
- Hə (gülür). Məni tanımadılar, elə bildilər ki, azarkeşəm. Ona görə anlaşılmazlıq oldu.
- Baş məşqçinin uğursuzluqlarda rolu nə qədərdir?
- Hər şey yaxşı idi, yolunda gedirdi. Sadəcə son oyunda nə baş verdiyini anlamadım. "Qəbələ"yə belə uduzmamışdıq. 3 oyundan 2-sində qalib gəlib, birini heç-heçə etmişdik. Bu futboldu, hər nəticə ola bilər. Bu oyuna da analiz edərik.