"Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev evdə "Araz-Naxçıvan"a 6:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXIII tur matçının ardından qeyri-adi situasiya ilə üzləşib.
Sportnet.az-ın məlumatına görə, 26 yaşlı müdafiəçi müsahibə verdiyi vaxt komanda yoldaşı Ramil Şeydayev onunla zarafatlaşmaq qərarına gəlib.
Şeydayev Cəfərquliyevin başına arxadan şillə vuraraq keçib. Bu an videoya da düşüb.
Müsahib açıqlamalarına dərhal ara verərək, arxaya dönüb. Nəticədə müsahibə yekunlaşıb.














































































