1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Generalın həbs etdirdiyi oğlu idmançı çıxdı
DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, general-mayor Şərif Əsədullayevin həbs etdirdiyi oğlu Tamerlan Əsədullayevin idmançı olduğu müəyyənləşib. Dostlarından birinin Sportnet.az-a verdiyi məlumata görə, T.Əsədullayev universal döyüş növündə bir neçə dəfə Azərbaycan çempionatlarına qatılıb.
Hətta o, çempionatın mükafatçısı da olub. Mənbə T.Əsədullayevin "Senator" restoranında dalaşmaq zorunda qaldığını bildirib: "Restoran mühafizəçiləri ona söz atıblar, bu da dalaşmalı olub. Onlar 4 nəfər, Tamerlan isə tək olub".
Dostu onu da deyib ki, T.Əsədullayevin atasına görə tez-tez xuliqanlıq əməlləri törətməsi barədə xəbərlər doğru deyil. Əksinə, oğul Əsədullayev heç vaxt general oğlu olduğunu büruzə verməyib. Onun spirtli içkiyə meylli olmadığı da bildirilir.
Qeyd edək ki, Tamerlan Əsədullayevə qarşı Yasamal rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb. İş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilən T.Əsədullayevə həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunub, Yasamal rayon məhkəməsinin müvafiq qərarı ilə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.