1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Valentin Xristov yenidən Avropa çempionu oldu - YENİLƏNDİ
Gürcüstanın paytaxtı Tiflisdə keçirilən Avropa çempionatında bu gün Azərbaycanın daha bir ağırlıqqaldıranı "körpücük" üzərinə çıxacaq. Sportnet.az-ın məlumatına görə, bu, Avropa çempionu, dünya və olimpiya mükafatçısı Valentin Xristovdur.
Xristov 2 illik dopinq cəzasını başa vurduqdan sonra ilk yarışında qüvvəsini sınayıb. O, 62 kq çəki dərəcəsində A qrupunda 8 atletə qarşı mübarizə aparıb. Xristov birdən əvvəlcə 133 kq, ikinci cəhddə 135 kq ağırlığın öhdəsindən gəlib. O, üçüncü cəhddə 142 kq sifariş versə də, qaldıra bilməyib. Bununla belə, 21 yaşlı atlet hamıdan yaxşı nəticə ilə kiçik qızıl medalı təmin edib.
Təkanla qaldırmada isə o, elə ilk cəhddəcə 160 kq ağırlıq qaldırıb. Bu isə Xristova bir tərəfdən, bu yanaşmada da kiçik qızıl, digər tərəfdən, iki hərəkətin cəmində 295 kq nəticə göstərərək, çempionluq üçün kifayət edib. Ona görə də ağırlıqqaldıranımız ikinci və üçüncü cəhdlərə lüzum görməyib.
Bu, bolqarıstanlı legionerin Azərbaycan yığmasında ikinci Avropa çempionluğu olub. Onun 2013-cü ildə əldə etdiyi daha bir çempionluq isə dopinq-testdən keçə bilməməsi səbəbindən ləğv edilib.
Qeyd edək ki, ilk yarış günündə Elmar Əliyev 56 kq çəki dərəcəsində iki hərəkətin cəmində 244 kq nəticə ilə 7-ci yeri tutub.