1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Neftçi"nin legionerindən "Qarabağ" etirafı
"Ağır oyun oldu. Fikrimcə, "İnter" qələbəyə layiq idi". Sportnet.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Netçi"nin futbolçusu Erik Ramos deyib.
Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunu haqda fikirlərini bildirən paraqvaylı futbolçu ilk oyunun nəticəsinə görə, cavab görüşünə bir az rahat çıxdıqlarını söyləyib: "Çalışdıq ki, sadəcə, hesabı qoruyaq. "İnter" də çox yaxşı futbol oynayır və qol vurmaq üçün şansları vardı. "Neftçi" ikinci hissədə bir az zəif çıxış etdi. Düşünürəm ki, fiziki durumumuzda problem vardı, çünki sıx qrafiklə oyun oynayırıq. Təbii ki, bu cür oyunla finalda "Qarabağ"a qalib gəlmək olmaz. "Qarabağ"a qol vurmaq lazımdır və ona qədər daha yaxşı hazırlaşacağıq. Premyer Liqada "Qarabağ"la oynayacağıq".
28 yaşlı yarımmüdafiəçi yalnız kubokun finalını deyil, Premyer Liqa oyunlarını düşündüklərini də qeyd edib: "Neftçi" son oyunlarda ikinci hissədə məğlub olur. Bu barədə məşqçimizlə də söhbət etməliyik. Finala hələ çox vaxt var və fikrimizi qarşıdakı oyunlara yönəltməli və xal qazanmalıyıq".
Qeyd edək ki, "Neftçi" iki oyununun nəticəsinə əsasən, Azərbaycan Kubokunun finalına vəsiqə qazanıb - 2:0, 1:2.