1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Erməni qruplaşması ifşa olundu
Rusiya "Spartak"ının prezidenti Leonid Fedun klubun səhmdarı Cevan Çeloyantsla mübahisə edib. Sportnet.az-ın "İzvestia.ru"ya istinadən məlumatına görə, Fedun Çeloyantsı Murat Yakının baş məşqçi postundan istefasına yönəlmiş kampaniya təşkilində şübhəli bilir.
Erməni səhmdar Yakına mənfi münasibətini gizlətmir. Hətta o, türk əsilli isveçrəliyə etibar etmədiyini dəfələrlə bildirib. Çeloyants hazırkı baş məşqçinin istefaya göndərilməsinə və Tula "Arsenal"ına rəhbərlik edən Dmitri Aleniçevin "Spartak"ın sükanı arxasına gətirilməsinə can atır. Lakin digər səhmdarlar Fedunu dəstəkləyirlər.
Çeloyantsın bu addımının kökündə milli ədavət hisslərinin durduğu artıq heç kimdə şübhə doğurmur. Elə bir neçə gün öncə "Spartak"da çıxış edən Ermənistan yığmasının futbolçusu Araz Özbilizin verdiyi açıqlamanın arxasında onun durduğu bildirilir. Özbiliz Yakının qondarma "erməni soyqırımı" günündə onu əvəzedici komandaya göndərdiyini açıqlayıb. Amma o, tezliklə klubun sərt təpkisi ilə üzləşərək, sözlərinin təhrif olunduğunu bildirib.