
Bakıda cüdo üzrə "Böyük dəbilqə" turnirinə start verilib. Sportnet.az-ın məlumatına görə, nüfuzlu yarışda 48 ölkədən 356 idmançı mübarizə aparır.
Yarışın ilk günündə Azərbaycan təmsilçisi Nicat Şıxəlizadə qızıl medal qazanıb. 66 kq çəki dərəcəsində çıxış edən Şıxəlizadə həlledici görüşdə böyük britaniyalı Kolin Oatesi yenib. Bu çəkidəki digər təmsilçimiz Hidayət Heydərov isə bürünc medal uğrunda qarşılaşmada ispaniyalı Suqoy Uriarteyə uduzaraq, 5-ci olub.
60 kq çəkidəki cüdoçumuz Orxan Səfərov isə 7-ci yerlə kifayətlənib.
Qeyd edək ki, "Böyük dəbilqə"də Azərbaycanı 23 kişi, 12 qadın cüdoçu təmsil edir.











































































