Bu gün futbol üzrə İran çempionatında XXX turun oyunları keçirilib. Sportnet.az-ın məlumatına görə, Təbrizin "Traktorsazi" klubu öz meydanında "Naft Tehran"ı qəbul edib.
Bu görüşdə "Traktorzasi"nin qalib gələcəyi təqdirdə çempionluğu bayram edəcəkdi. Xal itirəcəyi təqdirdə isə "Sepahan" "Saypa"nı yenərək, qızıl medala sahib çıxa bilərdi. Cənubi Azərbaycan klubu matçın əvvəllərində hesabda geri düşsə də, ilk yarının sonlarında 2 qol vuraraq, fasiləyə öndə çıxıb. Fasilədən sonra təcrübəli futbolçu Əli Kərimi möhtəşəm zərbə ilə "Traktorsazi"nin 3-cü qolunu vurub. Amma bundan sonra baş hakim 2-ci qolun müəllifi, meydanın mərkəzində rəqib futbolçu ilə kiçik insident yaşayan erməni əsilli Andranik Teymuryanı birbaşa qırmızı vərəqə ilə qovub.
Azlıqda qalan "Traktorsazi" matçın sonlarına doğru 2 qol buraxaraq, qələbəni əldən verib - 3:3. Əvəzində "Sepahan" 2:0 hesablı qələbə sayəsində 59 xalla çempion olub. Çempionluğu itirən Təbriz komandası isə 58 xalla gümüş medal və Asiya Çempionlar Liqasının qrup mərhələsinə birbaşa vəsiqə qazanıb.
Bombardirlər: Coy-Lens Mikels ("Sabah"), Felipe Santos ("Araz-Naxçıvan") - hər ikisi 8, Davit Volkov (""Zirə"), Leandro Andrade ("Qarabağ") - hər ikisi 7 qol.