
Azərbaycanlı hakim Namiq Hüseynov Bolqarıstanda 17 yaşadək futbolçular arasında keçirilən Avropa çempionatının məsul oyununa təyinat alıb. Sportnet.az-ın məlumatına görə, Hüseynov Almaniya və Rusiya yığmaları arasında mayın 19-da baş tutacaq yarımfinal matçının yan xətt hakimi olacaq.
O, digər laynsman Rejdi Avdo (Albaniya) və 4-cü hakim Erik Lambrextslə (Belçika) birgə baş hakim Marius Avrama (Rumıniya) kömək edəcək. Görüşün hakim-inspektoru Stefan Ormanciyev (Bolqarıstan), UEFA nümayəndəsi Rudolf Zavrl (Sloveniya) olacaq. Stara Zaqora şəhərində təşkil ediləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.
Daha öncə Namiq Hüseynov qrup mərhələsinin Yunanıstan - Rusiya (2:2), Çexiya - Belçika (0:3), Avstriya - Bolqarıstan (1:1), İngiltərə - İrlandiya (1:0) matçlarında laysman kimi iş başında olub.











































































