Çimərlik futbolu üzrə Azərbaycan milli komandası mayın 4-dən 20-dək Su İdmanı Sarayında təlim-məşq toplanışı keçirəcək.
Sportnet.az xəbər verir ki, milli hazırlıq dönəmində mayın 7-də və 9-da Qazaxıstan yığması ilə iki yoldaşlıq oyunu keçirəcək.
Hər iki görüşün saat 18:00-da başlanması nəzərdə tutulur.














































































