1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Cavid Hüseynovdan Avropa uğuru
Ukraynanın Lvov şəhərində keçirilən boks üzrə yeniyetmələr arasında Avropa birinciliyində yarımfinalçıların adları müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, Azərbaycan milli komandasının 6 üzvü yarımfinala vəsiqə qazanaraq, ən azı bürünc medalı təmin edib.
70 kq çəki dərəcəsində mübarizə aparan Səid Məlikov ¼ finalda litvalı Lukas Petrauskasdan üstün olub – 3:0. Məlikov finala gedən yolda Belarus nümayəndəsi Yeqor Skamaroxla üz-üzə gələcək. Məhəmməd Abdullayev də (+80 kq) yarımfinalçılar arasına yüksəlib. O, rumıniyalı Konstantin Emanuel Mikanı məğlub edib – 3:0. Abdullayev yarımfinalda Gürcüstanı təmsil edən Artyum Yordanyanla qarşılaşacaq. Kənan İsmayılzadə (75 kq) və Kənan Əliyev (46 kq) ¼ finalda mübarizəni dayandırıblar.
Beləliklə, mayın 22-də keçiriləcək yarımfinalda Azərbaycan boksçularının iştirakı ilə bu döyüşlər keçiriləcək:
48 kq. Cavid Hüseynov – Lorkan Harleks (İrlandiya)
52 kq. Niyaməddin Allahverdiyev – Deklin Daff (Şotlandiya)
70 kq. Səid Məlikov – Yeqor Skamarox (Belarus)
54 kq. Orxan Həsənov – İvan Kozyar (Ukrayna)
60 kq. Bəxtiyar Qazıbəyov – Koryan Asteyan (Ermənistan)
+80 kq. Məhəmməd Abdullayev – Artyum Yordanyan (Gürcüstan)