Voleybolçu qadınlardan ibarət Azərbaycan millisi bu gün Avropa Liqasının final mərhələsinin ilk oyununa çıxıb. Sportnet.az-ın məlumatına görə, rəqib Slovakiya yığması olub.
Nitra şəhərindəki İdman Sarayında keçirilmiş görüş millimizin qələbəsi ilə yekunlaşıb - 3:1. Bununla da komandamız iyulun 3-də keçiriləcək cavab görüşü öncəsi böyük üstünlük əldə edib.
Qeyd edək ki, yarımfinalda Faiq Qarayevin rəhbərlik etdiyi komanda Yunanıstanı məğlub edib - 3:1, 3:1. Slovakiya isə yarımfinalda Sloveniyadan üstün olub - 3:2, 3:1.
Qeyd edək ki, cavab oyunu iyulun 3-də Bakıda keçiriləcək.
Avropa Liqası
Final, ilk oyun
20:00. Slovakiya - Azərbaycan - 1:3 (19:25, 25:18, 22:25, 20:25)
Nitra, İdman Sarayı
Hakimlər: Mirko Yankoviç (Serbiya), Eva Tibor (Macarıstan)