1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Fənərbağça" Azərbaycan çempionunu darmadağın etdi - YENİLƏNDİ
Azərbaycanı Çempionlar Liqasında təmsil edən qadın voleybolçulardan ibarət "Azərreyl" klubu bu gün növbəti oyununu keçirib. Sportnet.az-ın məlumatına görə, C qrupunda II tur qarşılaşmasında rəqib Türkiyənin "Fənərbağça" klubu olub.
İstanbuldakı Burhan Felek Voleybol Salonunda keçirilmiş görüş meydan sahiblərinin asan qələbəsi ilə yekunlaşıb - 3:0. "Azərreyl" yalnız ikinci setdə rəqibinə ciddi müqavimət göstərə bilib. Qalan setlər isə "Fənər"in aşkar üstünlüyü şəraitində keçib.
Bu nəticədən sonra "Azərreyl" Türkiyə təmsilçisi ilə şərikli liderliyini əldən verib. "Fənər" isə xallarını 6-ya çatdıraraq, birinci pillədə möhkəmlənib.
Çempionlar Liqası, qrup mərhələsi, II tur
C qrupu
20:00. "Fənərbağça" (Türkiyə) - "Azərreyl" (Azərbaycan) - 2:0 (25:12, 25:19, 25:9)
Hakimlər: İvaylo İvanov (Bolqarıstan), Simyon Santi (İtaliya)
İstanbul. Burhan Felek Voleybol Salonu
"Azərreyl" növbəti oyununu fevralın 9-da keçirəcək. Bakıda baş tutacaq görüşdə rəqib Fransanın "Sent-Rafael" klubu olacaq.