1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
BİABIRÇILIQ: Milli üzvü zədələndi, həkim tapılmadı - FOTOLAR
"ABU Arena"da startı verilən qadın həndbolçular arasında Azərbaycan çempionatında biabırçı olay baş verib.
Sportnet.az-ın n məlumatına görə, açılış mərasimindən sonra "Azəryol" və "Nur" komandaları arasındakı görüş təcili yardım maşını gəlmədən başlayıb. İlk yarının əvvəllərində "Azəryol"un oyunçusu Yana Qornak toqquşma nəticəsində ayağından zədələnərək, yerdə qalıb. Bu zaman onu meydandan çıxarmağa xərək də olmayıb. Nəticədə digər həndbolçular onu qucaqlayaraq, çölə çıxarıblar. Zalda həkimlər olmadığı üçün o, bir müddət köməksiz vəziyyətdə qalıb. Yalnız 15-20 dəqiqə sonra təcili yardım maşını olay yerinə özünü çatdırıb. Zədəli həndbolçu həmin maşına mindirilərək, xəstəxanaya aparılıb.
Qeyd edək ki, hadisə Azərbaycan Həndbol Federasiyasının yeni prezidenti Saleh Məmmədovla Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadənin gözləri qarşısında baş verib. Yana Qornak həm də Azərbaycan millisinin üzvüdür ("Report").