
Azərbaycanın kişi və qadın şahmatçılarından ibarət milli komandaları Gürcüstanın Batumi şəhərindəki Avropa çempionatının son tur oyunlarını qələbə ilə başa vurub.
Sportnet.az-n məlumatına görə, qadınların mübarizəsində Ermənistan, kişilərin yarışında isə Sloveniya yığması məğlub edilib - 3:1. Bununla da qadınlardan ibarət Azərbaycan millisi uzun fasilədən sonra ilk dəfə Avropa çempionatının medalçıları sırasına düşüb. Yalnız Rusiya və Gürcüstandan geri qalan yığma 3-cü yeri tutub. Kişilərdən ibarət yığma isə bu dəfə mükafatçılar sırasına düşə bilməyib.
Qeyd edək ki, Azərbaycanın qadın millisi indiyədək ən böyük nailiyyətinə 1992-ci ildə imza atıb. Həmin vaxt da bürünc medal qazanılıb. Kişilərdən ibarət yığma isə üç dəfə - 2009, 2013 və 2017-ci illərdə Avropa çempionu adını qazanıb, 2011-ci ildə gümüş, 2007-ci ildə isə bürünc medala layiq görülüb.
Avropa çempionatı, IX tur
Kişilər
Sloveniya - Azərbaycan - 1:3
Luka Leniç - Arkadi Naydiç - 0,5:0,5
Matey Sebenik - Rauf Məmmədov - 0:1
Yure Skoberne - Qədir Hüseynov - 0:1
Yan Sudel - Eltac Səfərli - 0,5:0,5
Azərbaycan - Ermənistan - 2,5:1,5
Günay Məmmədzadə - Lilit Mkrtçyan - 1:0
Xanım Balacayeva - Elina Danielyan - 0,5:0,5
Ülviyyə Fətəliyeva - Mariya Gevorqyan - 0,5:0,5
Gülnar Məmmədova - Anna Sarqsyan - 0,5:0,5