Sərbəst güləş üzrə rusiyalı olimpiya və 4 qat dünya çempionu Abdulrəşid Sadulayev davranış və əxlaq qaydalarını pozduğu üçün 4 ay müddətinə diskvalifikasiya olunub.
Sportnet.az-ın məlumatına görə, Dünya Güləş Birliyi 23 yaşlı pəhləvanı yarış vaxtı siyasi və dini baxışlarını ifadə etməsi səbəbindən cəzalandırıb.
14 - 22 sentyabrda Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilmiş dünya çempionatının mükafatlandırma mərasiminə Sadulayev Şeyx Şamilin portreti olan futbolkada çıxıb. O, 97 kq çəki dərəcəsi üzrə final görüşündə Azərbaycan təmsilçisi Şərif Şərifova qalib gələrək, qızıl medal qazanıb.
Cəza müddəti 21 yanvar 2020-ci ilədəkdir. Rusiyalı pəhləvan pul cəriməsinə də məruz qalıb. O, tutduğu hərəkətə görə üzr istəyib.