İngiltərənin "Sautgempton" klubu casusluq qalmaqalına görə Çempionşipin pley-offundan kənarlaşdırılıb.
Sportnet.az yarışın rəsmi saytına istinadən xəbər verir ki, bu barədə Müstəqil İntizam Komitəsi qərar qəbul edib.
“Sautgempton” rəqiblərinin məşqlərini gizli izlədiyi üçün cəzalandırılıb. Klub yalnız yarımfinalda üz-üzə gəldiyi "Midlsboro"nun deyil, həmçinin "Oksford Yunayted" və "İpsviç Taun"un məşqlərinə casusluq etməkdə təqsirli bilinib.
Qərara əsasən, “Sautgempton” pley-offdan uzaqlaşdırılıb və klubun 2026/2027 mövsümü üçün Çempionşipdə hesabından 4 xal silinəcək.
Bununla da “Sautgempton”u yarımfinalda məğlub edən “Midlsboro” finala vəsiqə qazanıb. Komanda mayın 23-də Londondakı “Uembli” stadionunda "Hall Siti" ilə qarşılaşacaq.
Xatırladaq ki, finalın qalibi 2026/2027 mövsümündə Premyer Liqada iştirak hüququ əldə edəcək.









































































