Azərbaycanlı MMA döyüşçüsü Tofiq Musayev Yaponiyanın Saitama şəhərində “Rizin 20” turnirinin qalibi olub.
Sportnet.anz-ın məlumatına görə, Musayev Qran-prinin finalında “Pitbull” ləqəbli Patriki Freyreni məğlub edib. Birinci raundda əlinin sınmasına baxmayaraq, döyüşü davam etdirən azərbaycanlı döyüşçü ikinci raundda rəqibini rinqdən kənara atıb və xal hesabı ilə qalib gəlib. Bununla da o, “Rizin” turnirində yüngül çəkidə dünya çempionu olub.
Qeyd edək ki, Tofiq Musayev bu gün yarımfinalda amerikalı döyüşçü Coni Keysə birinci raundda nokautla qalib gəlib. Sonuncu qalibiyyət Musayevin 18-ci qələbəsi olub.