Özbəkistanın paytaxtı Daşkənddəki Böyük Dəbilqədə iştirak edəcək Azərbaycan cüdoçularının ilk rəqibləri bəlli olub.
"Report"un məlumatına görə, bu gün bütün çəki dərəcələrində püşkatma mərasimi keçirilib.
İlk yarış günündə Kəramət Hüseynov, Oruc Vəlizadə (hər ikisi 60 kq), Leyla Əliyeva və Aişə Qurbanlı (hər ikisi 48 kq) mübarizə aparacaq.
İkinci gündə Rüstəm Orucov (73 kq), Hidayət Heydərov və Murad Fətiyev (hər ikisi 81 kq) yarışacaq. Sonuncu gündə isə Məmmədəli Mehdiyev (90 kq), Aslan Mirzəyev (100 kq) və Uşanqi Kokauri (+100 kq) qüvvəsini sınayacaq.
Kişilər
60 kq
Təsnifat. Kəramət Hüseynov - Ayub Bliyev (Rusiya)
1/16 final. Oruc Vəlizadə - David Starkel (Sloveniya) / Morits Plafki (Almaniya) cütünün qalibi
66 kq
1/16 final. Nicat Şıxəlizadə - Bojidar Temelkov (Bolqarıstan)
1/16 final. Orxan Səfərov - Lukas Saha (Finlandiya)
73 kq
1/16 final. Rüstəm Orucov - Mod Rəşad Aryan (Əfqanıstan) - Martin Hojak (Sloveniya) cütünün qalibi
81 kq
Təsnifat. Hidayət Heydərov - Gilyerme Şmidt (Braziliya)
Təsnifat. Murad Fətiyev - Nikolas Çilar (Fransa)
90 kq
1/16 final. Məmmədəli Mehdiyev - Erlan Şerov (Qırğızıstan) / Stanislav Qunçenko (Ukrayna) cütünün qalibi
100 kq
1/16 final. Aslan Mirzəyev - Otqonbatar Xlaqvasuren (Monqolustan)
+100 kq
1/16 final. Uşanqi Kokauri - Vinçentso D Arko (İtaliya)
Qadınlar
48 kq
1/16 final. Leyla Əliyeva - Gülnur Muratbəyova (Özbəkistan)
1/16 final. Aişə Qurbanlı - Həliməcan Qurbanova (Özbəkistan)
Qeyd edək ki, turnir martın 7-dək davam edəcək.