"Qəbələ" klubu Azərbaycanın MMA döyüşçüsü Nəriman Abbasova avtomobil hədiyyə edib.
Sportnet.az-ın məlumatına görə, bu barədə 27 yaşlı idmançının özü şəxsi instaqram hesabından paylaşım edib. O, "Toyota RAV4" markalı yeni maşınını paylaşaraq, klubun keçmiş prezidenti Tale Heydərova və hazırkı rəhbəri Fariz Nəcəfova təşəkkürünü bildirib.
N.Abbasovun şəxsi məşqçisi Şəhriyar Abbasov da göstərilən diqqətə görə T.Heydərova minnətdarlıq ifadə edib. O, həmçinin UFC döyüşlərində iştirak etmək üçün yetirməsinin lazımi sənədləri toplamaqla məşğul olduğunu söyləyib.
Mütəxəssis N.Abbasovun sentyabrın 29-da toyunun olacağını da dilə gətirib.