![](/uploads/posts/2022-06/1656137019_rafael-aqayev2.jpg)
Azərbaycanın və “Qəbələ” İdman Klubunun karateçisi Rafael Ağayev bu gün növbəti döyüşünü keçirəcək.
Sportnet.az xəbər verir ki, 5 qat dünya və 11 qat Avropa çempionu, Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı peşəkarların mübarizə apardığı "Karate Combat"da 3-cü sınağına çıxacaq.
75 kq çəki dərəcəsində çıxış edən 37 yaşlı idmançı fransalı Davi Dona ilə görüşəcək. Döyüş ABŞ-ın Orlando şəhərində baş tutacaq.
Qeyd edək ki, "Karate Combat"da ilk dəfə 2018-ci ildə çıxış etmiş Rafael Ağayev Dominikan təmsilçisi Dionisio Qustavoya qalib gəlib. Bu ilin yanvarında isə Ağayev Macarıstandan olan Jolt Habda üzərində qələbə qazanıb.