FİFA Uruqvay Futbol Federasiyasının milli komandanın futbolçusu Luis Suareslə bağlı apellyasiyasına baxıb. Sportnet.az-ın məlumatına görə, ali futbol qurumu hücumçuya kəsilmiş cəzanı qüvvədə saxlamağı qərara alıb.
Bu isə o deməkdir ki, Suares yığmanın 8 matçını buraxmalı olacaq.
Qeyd edək ki, Luis Suares DÇ-2014-də İtaliya ilə oyun zamanı rəqib futbolçu Corco Kyellinini dişlədiyi üçün uzun müddətə diskvalifikasiyaya məruz qalıb.