
Braziliyada
keçiriləcək dünya çempionatına vəsiqə qazana bilməyən Çin, dolayısı ilə də olsa
mundialda təmsil olunacaq. Sportnet.az-ın İnterfaksa istinadən məlumatına görə,
ötən dünya çempionatında osminoq-Paulun proqnozlarına güvənilirdisə, bu dəfə
eyni vəzifəni pandalar yerinə yetirəcək.
Bu məsul
vəzifəni icra etmək üçün nəhəng pandalar saxlanılan Sıçuan əyalətinə müraciət
edilib. Qrup mərhələsi çərçivəsində heyvanlar 3 yemək zənbili arasında seçim edəcəklər:
bunlardaт ikisi hər bir yığmanın qələbəsini, digəri isə heç-heçəni işarə edəcək.
Pley-off mərhələsi çərçivəsində pandalar akrobatikada yarışacaqlar. Ayılar şüvülə dırmaşaraq, iki ölkədən birinin bayrağını qoparmalı olacaqlar.