
Məşhur kino ulduzu Leonardo Di Kaprio bu gecə Braziliyada start götürən dünya çempionatının açılış matçında iştirak edəcək. Sportnet.az-ın Braziliya mətbuatına istinadən verdiyi məlumata görə, tanınmış ulduz Rio-de-Janeyroya dostu ilə gəlib.
Onun mundialın gedişatı zamanı "Mançester Siti"nin sahibi Şeyx Mansurun yaxtasında yaşayacağı bildirilir. Əlavə edək ki, Di Kaprio DÇ-2014-ün digər qarşılaşmalarını izləməyi də planlaşdırır.