DÇ-2014-ün
açılış matçında Xorvatiya üzərində 3:1 hesablı qələbə qazanan Braziliya
yığmasının baş məşqçisi Luis Felipe Skolari hakimin qərəzsiz olduğunu bildirib.
Sportnet.az-ın məlumatına görə, təcrübəli mütəxəssis vizavisi Niko Kovaçın
Braziliyanın lehinə uydurma penalti təyin etməsi fikri ilə razılaşmayıb.
Həmkarının "milyonlarla insan penaltinin olmadığını gördü”, - açıqlamasına cavab olaraq, Skolari "Hakim görüb! Qərarı da o verir. Deməli, mən də hesab edirəm ki, penalti var idi”.