
İtaliya milli komandasının baş məşqçisi Çezare Prandelli DÇ-2014-də ilk rəqibi İngilətərə yığması ilə görüş barədə fikirlərini bölüşüb. Sportnet.az-ın "De lla Sport"a istinadən yaydığı məlumata görə, təcrübəli mütəxəssis bu qarşılaşmanın həlledici olmayacağını bildirib.
O, fikrini bir neçə misal çəkərək, əsaslandırmağa çalışıb: "Dünya çempionatlarının tarixinə nəzər saldıqda, görürük ki, ilk oyunlar heç vaxt həlledici xarakter daşımayıb. 1994-cü ildə ABŞ-da keçirilən çempionatı, yaxud son mundialda İspaniyanın İsveçrəyə məğlub olmasını buna misal olaraq, gətirə bilərəm. Lakin ilk görüşdə qalib gəlmək sizə əlavə güc verə bilər".