
Formula 1-də çıxış edən "Maklaren" komandası avstraliyalı pilot Oskar Piastri ilə müqaviləni uzadıb.
Sportnet.az xəbər verir ki, müqavilə müddəti dəqiq açıqlanmasa da, bir neçə illiyə nəzərdə tutulur.
Əvvəlki sözləşmə 2026-cı il mövsümünün sonunda başa çatmalı idi.
Qeyd edək ki, Oskar Piastri 2023-cü ildən "Maklaren" pilotudur. O, debüt mövsümündə sprint yarışmasında birinci yeri tutub, ötən il isə Macarıstan və Azərbaycan Qran Prisinin qalibi olmaqla, komandasının Konstruktorlar Kubokunu qazanmasına kömək edib. Piastri həm də 24 Qran Prinin hamısında bütün məsafəni sonadək qət etməyi bacarıb.