
İyunun 13-də Beynəlxalq Xizək və Snoubord Federasiyasının (FIS) Konqresində keçirilən səsvermədə Azərbaycan Qış İdmanı Növləri Federasiyasının (AWSF) FIS-ə tam üzvlüyü qəbul edilib.
Bu barədə sportnet.az-a AWSF-dən məlumat verilib.
AWSF tərəfindən 2026-cı ildə Moqul üzrə Dünya Kubokunun final mərhələsinin Azərbaycanda keçirilməsi ilə bağlı FIS-ə ünvanladığı müraciət müsbət qarşılanıb.
Əldə olunan nəticəyə əsasən FIS tərəfindən yarışın "Şahdağ" Turizm Mərkəzində keçirilməsinə dair qərar qəbul edilib və yarış beynəlxalq federasiyanın yarış təqviminə salınıb.
Dünya Kubokunun 2026-cı ilin 14-15 mart tarixlərində "Şahdağ" Turizm Mərkəzində keçirilməsi nəzərdə tutulur.