
Rusiyalı fiqurlu konkisürən Veronika Jilinanın Azərbaycan milli komandasına keçidi baş tutmayıb.
Sportnet.az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Konkisürmə Birliyinin (ISU) Şurası qərar verib.
Mayın 13-də Rusiya Fiqurlu Konkisürmə Federasiyasının prezidenti Anton Sixarulidze məlumat vermişdi ki, təşkilatın icraiyyə komitəsi idmançının Azərbaycan komandasına transferinə razılıq verməyib.
Qeyd edək ki, Veronika Jilinanın 17 yaşı var. Yevgeni Pluşenkonun yetirməsi ötən mövsümü zədə səbəbindən buraxıb. O, 2023-cü il Rusiya Gənclər Çempionatının gümüş mükafatçısı və 2023-cü il Gənclər Qran Prisinin qalibidir.
Jilina mayın 14-də sosial şəbəkə hesabında Azərbaycan pasportunu aldığını bildirib.