
Amerika Birləşmiş Ştatlarının Olimpiya Komitəsi (USOPC) transgenderlərin qadınların Olimpiya idman növləri üzrə yarışmasını qadağan edib.
Sportnet.az xəbər verir ki, bu barədə "ABC News" komitənin bəyanatına istinad edir.
USOPC-nin idmançıların təhlükəsizliyi siyasətinin yenilənmiş versiyasında "transgender" sözü birbaşa istifadə edilmir. Bununla belə qeyd edilir ki, yeni qayda qadınların rəqabət aparması üçün ədalətli və təhlükəsiz şəraitin təmin edilməsinin vacibliyini vurğulayır.
Qeyd edək ki, 2025-ci ilin fevralında ABŞ prezidenti Donald Tramp 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Olimpiya Oyunlarında transseksualların yarışmasına icazə verməyəcəyini bildirmişdi. O, fevralın 6-da transgenderlərin ABŞ kolleclərində qadın idman yarışlarında iştirakını qadağan edən sərəncam imzalayıb.