Keçmiş dünya birincisi Vinus Uilyams tennis üzrə Böyük Dəbilqə seriyasından Australian Open-2026 turnirinin əsas mərhələsində iştirak etmək üçün vayld-kart alıb.
Sportnet.az-ın məlumatına görə, 45 yaşlı ABŞ tennisçisi yarışın tarixində əsas mərhələdə çıxış edəcək ən yaşlı iştirakçı olacaq.
Bu göstərici üzrə əvvəlki rekord 2015-ci ildə 44 yaş 3 aylığında turnirin əsas mərhələsində oynayan yaponiyalı Kimiko Dateyə məxsus idi.
Vinus Uilyams sonuncu dəfə ötən ilin avqustunda korta çıxıb. O, həmin vaxt "US Open"in birinci raundunda çexiyalı Karolina Muxovaya 3:6, 6:2, 1:6 hesabı ilə məğlub olub.
Karyerası ərzində o, fərdi yarışlarda beş dəfə Uimbldon turnirində, iki dəfə "US Open"də çempionluq qazanıb.













































































