Bolqarıstanın paytaxtı Sofiyada fiqurlu konkisürmə üzrə beynəlxalq “Sofia Trophy” turniri keçirilib.
Sportnet.az-ın məlumatına görə, yarışda Azərbaycanı fiqurlu konkisürmənin buz üstündə rəqs növündə Samanta Ritter - Daniel Brikalov cütlüyü təmsil edib.
Onlar 11 idmançı arasında 171.75 xal toplayaraq 3-cü yerdə qərarlaşıb və bürünc medala sahib olublar.













































































