Ümumdünya Antidopinq Agentliyi (WADA) martın 18-də Bakıda işə başlayacaq Avropa üzrə Regional Simpoziumla bağlı rəsmi dəvət xarakterli video hazırlayıb.
Sportnet.az xəbər verir ki, videoda Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) icraçı direktoru Təhminə Tağı-zadə tədbirin əhəmiyyəti, əsas məqsədləri və antidopinq sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb, Bakı simpoziumunun Avropa regionu üçün strateji platforma olduğunu diqqətə çatdırıb.
Həmin görüntülər WADA-nın rəsmi sosial media kanallarında və rəsmi internet səhifəsində yayımlanıb.
Bu paylaşım WADA-nın simpoziuma verdiyi önəmi, şəffaf kommunikasiya siyasətini və qlobal antidopinq ictimaiyyətini tədbirə cəlb etmək istiqamətində apardığı fəal məlumatlandırma fəaliyyətini bir daha nümayiş etdirir.
Xatırladaq ki, Avropa üzrə Regional Simpozium iki gün davam edəcək.



































































