Ukraynanın paytaxtı Kiyevdə mühafizəçilər arasında dünya çempionatı keçiriləcək. Sportnet.az-ın Ukrayna mətbuatına istinadən məlumatına görə, sentyabrın 17-də start götürəcək çempionatda Azərbaycan da iştirak edəcək.
Azərbaycanla yanaşı Belarus, Gürcüstan, Moldova, Bolqarıstan, Rumıniya, Polşa və ABŞ mühafizəçiləri də iştirak edəcək. Ev sahibi Ukraynanı
Ev sahibi Ukraynanı Dövlət Təhlükəsizlik İdarəsi, Milli Təhlükəsizlik İdarəsi, Müdafiə Nazirliyi və Dövlət Penitensiar Xidmətin xüsusi xidmət və hüquq-mühafizə orqanlarında çalışan mütəxəssislər təmsil edəcək.
Yarış proqramına kütləvi tədbirlər də daxil edilib. Çempionata sentyabrın 21-də yekun vurulacaq.