1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Nazirdən Formula 1 açıqlaması
Gənclər və idman naziri Azad Rəhimov 2017-ci il üçün Formula 1 təqvimində Bakıda keçiriləcək Qran Prinin adının və vaxtının dəyişdirilməsinə də münasibət bildirib.
Sportnet.az-ın məlumatına görə, nazir jurnalistlərə açıqlamasında Beynəlxalq Avtomobil İdmanı Federasiyasının qərarının Azərbaycana bir neçə üstünlük verdiyini söyləyib. O deyib ki, gələn il iyunun 25-də dünyanın Formula 1 həvəskarlarının marağı yalnız Azərbaycana yönələcək: "Ölkəmizdə bu yarış ikinci dəfə keçiriləcək. Yenilik və dəyişiklik ondan ibarətdir ki, Avropa Qran Prisi yox, Azərbaycan Qran Prisi adlanacaq. İkinci böyük dəyişiklik odur ki, yarış iyunun 25-də keçiriləcək. Yəni, bu Qran Pri "24 saat Le Man" marafonu ilə üst-üstə düşməyəcək və maraq paytaxtımızdakı yarışa yönələcək. Daha bir üstünlük isə maşınlar və avadanlıqların Kanadadan vaxtında gətirilməsidir. Qısa müddətdə 6-7 böyük transfer təyyarəsinin boşaldılması ilə bağlı problemlə üzləşməyəcəyik".